» » Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat aldı

Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat aldı

Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat aldıAzərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Premyer.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Rosenborq" (Norveç) - "Dandalk" (İrlandiya) matçında ədaləti qoruyacaq.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq.
Həmin görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin olunub. 
Qeyd edək ki, qarşılaşa iyulun 19-da baş tutacaq. Bu komandalar arasındakı ilk oyun 1:1 hesablı bərabərliklə başa çatıb. 
152