» » Rəsul Çunayev Dünya Güləş Birliyinin reytinqində 1-ci yerə yüksəldi

Rəsul Çunayev Dünya Güləş Birliyinin reytinqində 1-ci yerə yüksəldi

Rəsul Çunayev Dünya Güləş Birliyinin reytinqində 1-ci yerə yüksəldiMilli komandamızın aparıcı yunan-Roma güləşçisi Rəsul Çunayev UWW-un açıqladığı yeni reytinqdə 71 kq çəkidə ilk pillədə qərarlaşıb. Premyer.az xəbər verir ki, o, apreldə Bolqarıstanda keçirilən Dan Kolov və Nikola Petrov kubokunda qalib gəlib.
 
Dünya Güləş Birliyinin onun bu nəticəsini xallarına əlavə edib. Belədə, Rio-2016-nın bürünc medalçısı öz çəkisində ilk terə yüksəlib. Baxmayaraq ki, İslamiadaya ciddi hazırlaşan idmançımız, bu üzdən Serbiyada keçirilən Avropa çempionatını buraxmalı olmuşdu.
575     
Reklam

Reklam