» » “Səbail” Oman millisi ilə heç-heçə etdi

“Səbail” Oman millisi ilə heç-heçə etdi

“Səbail” Oman millisi ilə heç-heçə etdiTürkiyənin Kartəpə qəsəbəsində təlim-məşq toplanışında olan "Səbail" çalışmalarını davam etdirir. Premyer.az xəbər verir ki, Premyer Liqada debüt etməyə hazırlaşan Samir Əliyevin çalışdırdığı Bakı təmsilçisi bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Omanın U-23 yığması ilə qarşılaşan "aslanlar" meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıb.
Qeyd edək ki, "Səbail" növbəti yoxlama oyununu iyulun 15-də Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna qarşı keçirəcək.
71     
Reklam

Reklam