» » Vüqar Nadirov: "Biz çempion olmayacağıq"

Vüqar Nadirov: "Biz çempion olmayacağıq"

Vüqar Nadirov: "Biz çempion olmayacağıq""Səbail” 2017/2018-ci illər mövsümündə Topaz Premyer Liqasının debütantı statusunu daşıyacaq.  Premyer.az xəbər verir ki, Bakı toplanışını başa vurub, Türkiyəyə yollanan komandanın əsasını gənc futbolçular təşkil edir. Amma baş məşqçi Samir Əliyev sərəncamına təcrübəli oyunçular da qatıb ki, bunlardan biri də Vüqar Nadirovdur. Karyerası ərzində əksər iddialı klublarımızın formasını geyinən Nadirov "Səbail” ilə bir illik müqavilə imzalayıb.

"Qarabağ”dan ayrıldıqdan sonra "Səbail”ə keçən oyunçu Futbol11.az saytına açıqlamasında məşqlərini səylə etdiyini deyib: "Səbail”ə keçdikdən sonra səylə məşq edirəm. Formaya düşmək üçün çalışıram. Oynamaq üçün özümü hazır hiss edirəm və düşünürəm ki, hələ demədiyim sözlər var. Gündə iki dəfə məşq edirik. Əsas məsələ odur ki, bizdə kollektiv yaxşıdır, gənc oyunçularımız çoxdur və hər kəs ürəklə işləyir”.
Dəfələrlə ölkə çempionu olan Nadirov yeni komandasının planlarından da danışıb: "Səbail” Premyer Liqanın yeni komandasıdır. Heyətdə yer alan futbolçuların gənc olması bunu deməyə əsas verir ki, getdikcə hər şey yaxşı olacaq. Sadəcə, qələbələrə inanmaq lazımdı. Əlbəttə ki, biz çıxıb birinci ildə çempion olmayacağıq. Biz hazırda tikiləcək binanın əsasını qoyuruq. Düşünürəm ki, biz növbəti mövsümü ən azından ilk beşlikdə bitirəcəyik. Bunun üçün də yaxşı kollektiv yaratmaq lazımdır ki, baş məşqçimiz Samir Əliyev də bunun üçün çalışır”.
Qeyd edək ki, Nadirov "Səbail"də kapitan sarğısını daşıyacaq.
380     
Reklam

Reklam