» » “Qarabağ”ın nəticələri mənim üçün maraqlı deyil” – “Samtredia”nın baş məşqçisi

“Qarabağ”ın nəticələri mənim üçün maraqlı deyil” – “Samtredia”nın baş məşqçisi

“Qarabağ”ın nəticələri mənim üçün maraqlı deyil” – “Samtredia”nın baş məşqçisi"Futbolçularmız oyuna hazırdı. Niyyətimiz sabahkı oyunda yaxşı nəticə qazanmaqdı”. Premyer.az xəbər verir ki, bu sözləri Gürcüstanınn "Samtredia” klubunun baş məşqçisi Gia Tsetsadze deyib.

Komanda Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ”ın qonağı olacaq. Oyundan 1 gün öncə keçirilən mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: "Qarabağ”ın yaxşı komandaya olduğunu bilirik. Çalışacağıq ki, layiqli mübarizə aparaq. Rəqib kimi bizim də mərhələ adlamaq niyyətimiz var. Bundan öncə Bakıda olmuşuq. Bakıda oynamağa tam hazırıq”.
Tsetsadze komandasının ötən illə müqayisədə gücləndiyini deyib: "Düzdü, ötən il "Qəbələ”yə böyük hesabla məğlub olmuşduq. Amma komandamız inkişaf edib, heyətimiz daha da təcrübə qazanıb. Hesab haqda heç nə deyə bilmərəm. Amma layiqli mübarizə aparmağa, vətənə sərfəli nəticə ilə qayıtmağa çalşacağıq”.
O, ötən il Avropa Liqasındakı rəqibləri "Qəbələ”dən "Qarabağ”ın daha güclü komanda olduğunu dilə gətirib: "Qarabağ” "Qəbələ”dən daha güclü komandadır. Komandanın ardıcıl 4 dəfə çempion olması da bunu sübut edir. Ümumiyyətlə, "Qarabağ”ın bir neçə oyununu izləmişik və bizə çətin olacağını düşünürük”.
Mütəxəssis bildirib ki, "Qarabağ”ın yoxlama oyunlarında məğlub olması rəqibin zəif olmasından xəbər vermir: "Qarabağ”ın yoxlama oyunlarının nəticəsi mənim üçün maraqlı deyil. Ümumiyyətlə, yoxlama oyunlarında qeydə alınan nəticə rəsmi oyunlara təsir etmir. Məncə, "Qarabağ” sabah öz oyununu meydana qoyacaq”.

Foto: Rauf İskəndərov
382     
Reklam

Reklam