» » Qurban Qurbanova gürcü çaxırı

Qurban Qurbanova gürcü çaxırı

Qurban Qurbanova gürcü çaxırıMəlum olduğu kimi, sabah Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" Gürcüstanın "Samtredia" komandasını qəbul edəcək. Premyer.az xəbər verir ki, oyundanöncə mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sürprizlə qarşılaşıb. Belə ki, mətbuat konfransında iştirak edən georgiaonline.ge saytının əməkdaşı Tengiz Paçkoria Qurban Qurbanova gürcü çaxırı, qədəh və qələm hədiyyə edib. Lakin hədiyyəni klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov alıb. Jurnalistə təşəkkür edən Qurban Qurbanov inanclı insan olduğunu və şərab içmədiyini bildirib. Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” – "Samtredia” oyunu saat 21:00-da başlayacaq. Oyun İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Qurban Qurbanova gürcü çaxırı


 
Foto: Rauf İskəndərov
331     
Reklam

Reklam