» » "Mladost"un baş məşqçisindən Prosineçkiyə mesaj: "15 ildir belə qol buraxmamışdıq"

"Mladost"un baş məşqçisindən Prosineçkiyə mesaj: "15 ildir belə qol buraxmamışdıq"

"Mladost"un baş məşqçisindən Prosineçkiyə mesaj: "15 ildir belə qol buraxmamışdıq""İki gündür buradayıq. "İnter" rəhbərliyinə bizə qarşı münasibətinə görə təşəkkür edirik".  Premyer.az xəbər verir ki, bu sözlər Serbiyanın "Mladost" klubunun baş məşçisi Nenad Milovanoviçə məxsusdur.

Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "İnter" klubunun qonağı olacaq.
Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib. O, "Mladost"un Avropa Liqasında iştirakının böyük uğur olduğunu deyib: "Komandamız ilk dəfədir ki, belə bir turnirdə çıxış edir. "Mladost" Serbiyada özünə görə ad qazanıb. Eyni zamanda, futbolçularımız üçün belə bir turnirdə iştirak etmək çox önəmlidir. Onlar həm Avropa təcrübəsi qazanırlar, həm də yeni-yeni futbolçularla tanış olurlar".
Çalışdırıcı "İnter" səddini keçmək üçün çalışacaqlarını deyib: "Oyunun bizim üçün çətin olacağını bilirik. Rəqiib bizi bir neçə cəhətdən üstələyir. İlk oyun çətin oldu, rəqib sürətli əks hücumlardan istifadə etdi və böyükhesablı qələbə qazandı. Sabah layiqli mübarizə aparmaq üçün meydana çıxacağıq".
Mütəxəssis "İnter"i cütün favoriti sayır: "Təbii ki, oyunun favoriti "İnter"di. Amma biz asan təslim olmayacağıq və sona qədər döyüşəcəyik. Nəticə ilə barışdığımızı və turnirdən əl çəkdiyimizi deyə bilmərəm. Bakıda vaxt öldürməyə yox, qələbə qazanmağa gəlmişik. Mərhələ keçə bilməsək də, qələbə qazanmağa çalışacağıq".
Milovanoviç ilk oyunda buraxdıqları qollardan da söz açıb: "Təbii ki, bütün vəziyyətlərdən istifadə etməyə çalışacağıq. Rəqibi öz taktikası ilə də məğlub edə bilərik. İlk oyunda bizi standart vəziyyətlər sayəsində sarsıtdılar, həmin epizodlarda qapıçımızın günahı yox idi. Amma Rauf Əliyevin vurduğu qol...Onu deyə bilərəm ki, "Mladost" son 15 ildə qapısından elə qol buraxmamışdı". 
337     
Reklam

Reklam