» » Zaur Svanadze: "İlk oyundakı hesab aldadıcı ola bilər"

Zaur Svanadze: "İlk oyundakı hesab aldadıcı ola bilər"

Zaur Svanadze: "İlk oyundakı hesab aldadıcı ola bilər""Öncə Azərbaycan xalqına, həmin ailəyə cəbhədə baş vermiş hadisəyə görə başsağlığımı bildirirəm". Premyer.az xəbər verir ki, bu sözlər "İnter”in baş məşqçisi Zaur Svanadzeyə məxsusdur.

Avropa Liqasının I təsnifat mərhələsində "Mladost”u səfərdə 3:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi sabah Serbiya klubunu "Dalğa Arena”da qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis cavab görüşünə hazır olduqlarını bildirib:
"Bizim üstünlüyümüz var. Ancaq rəqib Serbiya klubudu. Çətin olacaq. İlk oyundakı hesab aldadıcı ola bilər. Çalışacağıq ki, mərhələni keçək.

- İlk oyundakı böyük hesablı qələbə komandanı oyuna kökləməyə mane olmayacaq ki?
- Əlbəttə, 3:0 hesablı qələbə böyük üstünlükdü. Lakin uşaqlar da bilir ki, rahatlaşmaq olmaz. Onlar bilirlər ki, bu oyun bizim üçün çox vacibdi.

- Klubla nə zaman müqavilə imzalayacaqsınız?
- Yeni müqavilə artıq hazırdı. Qalır sadəcə, onu imzalamaq. Bəzi oyunçularla da yeni müqavilələr hazırdı.

- Skarlatake ilk oyunda cərimə zərbəsindən iki gözəl qol vurdu. Standart vəziyyətlərin üzərində xüsusi hazırlaşmışdız?
- Skarlatake həmişə məşqlərdən sonra bu cür zərbələr üzərində çalışır. Gördüyünüz kimi, insan öz üzərində çalışırsa, bu, öz bəhrəsini verir. Ancaq qeyd etmək istərdim ki, serblər də standart vəziyyətlərdən yaxşı istifadə edir. Onlar fiziki cəhətdən də hazırlıqlıdılar.

- Belə söz-söhbət var ki, "İnter” "İnter Arena”nı tərk edəcək...
- Bu barədə nə isə deyə bilmərəm. Hazırda ancaq qarşıdakı oyuna köklənmişik.
290     
Reklam

Reklam