» » "Kəpəz"in oyunlarının vaxtı dəyişdirildi

"Kəpəz"in oyunlarının vaxtı dəyişdirildi

"Kəpəz” Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununa çıxacaq. Premyer.az xəbər verir ki, öncədən verilən məlumatda "sarı-göylər”in iyulun 8-də saat 17:00-da "Bakı”, iyulun 12-də isə "Neftçi” ilə qarşılaşacağı bildirilmişdi.

Hər iki oyunun vaxtı ilə bağlı dəyişiklik edilib. Belə ki, həvəskar liqasının iştirakçısı ilə oyun eyni tarixdə, amma saat 18:00-da başlayacaq. Premyer Liqa təmsilçisi ilə matç isə bir gün əvvələ keçirilib.
Beləliklə, "Neftçi” – "Kəpəz” görüşü iyulun 11-də saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq. 
157     
Reklam

Reklam