» » Türkiyə klubu futbolçusunu "Qarabağ"a satdığını təsdiqlədi

Türkiyə klubu futbolçusunu "Qarabağ"a satdığını təsdiqlədi

Türkiyənin "Alanyaspor" klubu Donald Geryo Vildin "Qarabağ"a transferini təsdiqləyib.
Bu haqda "Report” agentliyinə Super Liqa təmsilçisinin baş koordinatoru Mevlüthan Çavuşoğlu açıqlama verib.
Klub rəsmisi Haiti yığmasının oyunçusunu müəyyən məbləğ qarşılığında Azərbaycan komandasına buraxdıqlarını bildirib. M.Çavuşoğlu deyib ki, hazırda 28 yaşlı yarımmüdafiəçi viza məsələsinin həlli ilə məşğuldur: "Futbolçu sabah Bakıya gedə bilər. Viza məsələsi var, onu həll etməlidirlər. "Qarabağ” onun transferi üçün bizə pul ödədi. Lakin məbləği deyə bilmərəm".
Qeyd edək ki, Donald Geryo Vild ötən mövsüm "Alanyaspor"a transfer olunub. O, əvvəllər Polşa "Visla"sında da legioner həyatı yaşayıb.
335     
Reklam

Reklam