» » “MƏKTƏBLƏRDƏ FUTZAL” (LAYİHƏ)

“MƏKTƏBLƏRDƏ FUTZAL” (LAYİHƏ)

“MƏKTƏBLƏRDƏ  FUTZAL” (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində növbəti yazını təqdim edirik.
 
Bu dəfə söhbət orta məktəblərdə futzalın tətbiqinin vacibliyindən gedəcək. Zənnimizcə bu Layihə Azərbaycan Respublikasının Təhsil nazirliyini, Azərbaycan Respublikasının Səhiyyə nazirliyini, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyini, o cümlədən Azərbaycan Futzal Federasiyasını yaxından maraqlandırmalıdır. Səbəbini yazıda  açıqlamağa çalışacağıq.

Günün böyük bir hissəsini məktəbdə parta arxasında və ya evdə ev tapşırıqlarını yazmaqda keçirən müasir şagirdlər stress keçirməklə yanaşı, fiziki fəaliyyətin çatışmazlığından əziyyət çəkir. Məsələn, Rusiya Federasiyasının Təhsil və Səhiyyə nazirliklərinin birgə araşdırmalarının nəticəsinə əsasən müəyyən olunub ki, ibtidai məktəb şagirdlərinin fiziki fəaliyyəti məktəbəqədər göstəricilərə görə iki dəfə azalır və aşağı siniflərdən yuxarı siniflərə qədər bu tendensiya daha da yüksəlir.

“MƏKTƏBLƏRDƏ  FUTZAL” (LAYİHƏ)Beləliklə də fiziki fəaliyyətin ciddi çatışmazlığı nəticəsində, məktəblilərin orqanizmlərinin qoruyucu funksiyaları kəskin şəkildə azalır və  onların sağlamlığında mənfi dəyişikliklər hallarının sayı artır. Bugün ümumtəhsil müəssisələrinin şagirlərinin əksəriyyətində ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətində, görmə qabiliyyətində, maddələrin mübadiləsi sistemində xəstəliklərə müqavimət gücü azalır.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, orta təhsil müəssisələrinin şagirdlərinin yalnız 15%-i tam sağlam sayıla bilər. Şagirdlərin 50%-də sağlamlıq problemləri mövcuddur, 35%-i isə xroniki xəstəliklərdən əziyyət çəkir.  Bunun nəticəsidir ki, orta məktəblərdə idman (fiziki hazırlıq) dərslərinə davamiyyət cəmi 75%-dir, məktəblərdə və ya məktəbdən kənarda fəaliyyət göstərən idman seksiyalarına isə hər 10 şagirddən cəmi biri gedir.  Eyni zamanda, siqaret çəkən və spirtli içki içən şagirdlərin sayı isə get-gedə artmaqdadır.
Bunların üzərinə müasir uşaqların bilgisayarlara, planşetlərə, mobil telefonlara, televizora, sosial şəbəkələrə olan marağının artmasını nəzərə alsaq, mövcud vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. 
  
“MƏKTƏBLƏRDƏ  FUTZAL” (LAYİHƏ)Belə olan hallarda, məktəblərdə şagirdlərin fiziki hazırlığına və onların asudə vaxtlarının (xüsusi ilə dərsdən kənar vaxtlarda) səmərəli keçirilməsinə daha çox diqqət yetirilməli, gələcək nəslin sağlam yetişdirilməsi üçün effektiv addımlar atılmalıdır.
Zənnimizcə, ən effektiv addımlar biri – məktəblərdə futzalın (mini futbolun) tətbiq edilməsi olar. Son zamanlar uşaq və yeniyetmələrin ən sevimli oyunlarından birinə çevrilən futzalın məktəblərdə tətbiqi üçün hər cür şərait mövcuddur. Minimum maliyyə xərcləri tələb edən futzal – öz sadəliyi, mümkünlüyü və yüksək emosianallığı ilə seçilir. 
Bir sözlə, nəinki oğlanların, hətda qızlarında maraq göstərdiyi bu idman növünün məktəblərdə tətbiq edilməsi üçün hər cür səbəb var. Beləliklə də,  şagirdlərin fiziki hazırlıq problemlərinin kardinal şəkildə həll edilməsi və gənc nəslin sağlam böyüməsi üçün "Məktəblərdə futzal” layihəsinin böyük rolu ola bilər.
 
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 


119