» » FUTZAL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATLARI VƏ KUBOKU (LAYİHƏ)

FUTZAL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATLARI VƏ KUBOKU (LAYİHƏ)

FUTZAL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATLARI VƏ KUBOKU (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində növbəti yazısını təqdim edirik.
 
Bu dəfə söhbət futzal üzrə Azərbaycan çempionatından və Azərbaycan Kubokunun tarixindən gedəcək.
 
Böyük futboldan fərqli olaraq, futzal çempionatları 1994-cü ildən etibarən keçirilir. Bu mövsüm sayca 22-cisi keçirilən çempionata yalnız 2011/12-ci il mövsümündə ara verilib.  
 
Azərbaycan futzalının "flaqmanı”
 
Müstəqil Azərbaycanın ilk çempionu adını Bakının "Neftçi” komandası qazanıb. Bu günə qədər isə cəmi 8 klub Azərbaycan çempionu adına layiq görülüb. Bunlar – "Neftçi”, "Azada”, "Avtomobilçi”, "Azərneftyanacaq”, "Turan Air”, "Tribut”, "Araz Naxçıvan” və "Khazar İslands” komandalarıdır. 
 

Futzal üzrə Azərbaycan çempionatı

Mövsüm


Qalib

2016/2017


Araz Naxçıvan

2015/2016


Araz Naxçıvan

2014/2015


Khazar Islands

2013/2014


Araz Naxçıvan

2012/2013


Araz Naxçıvan

2010/2011


Araz Naxçıvan

2009/2010


Araz Naxçıvan

2008/2009


Araz Naxçıvan

2007/2008


Araz Naxçıvan

2006/2007


Araz Naxçıvan

2005/2006


Araz Naxçıvan

2004/2005


Araz Naxçıvan

2003/2004


TURAN AIR

2002/2003


TRİBUT

2001/2002


TURAN AIR

2000/2001


TURAN AIR

1999/2000


AZƏRNEFTYANACAQ

1998/1999


AZƏRNEFTYANACAQ

1997/1998


AVTOMOBİLÇİ

1996


AVTOMOBİLÇİ

1995


AZADA

1994


NEFTÇİ

FUTZAL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATLARI VƏ KUBOKU (LAYİHƏ)Qeyd edək ki, 2004/05 mövsümündən etibarən Azərbaycan futzalının "flaqmanı” adını "Araz Naxçıvan” komandası daşıyıb. Bu illər ərzində 11 dəfə qızıl medalları qazanan komandanın hegemonluğunu yalnız "Khazar İslands” ("Xəzər Adaları”) komandası poza bilib. Bu 2014/15 mövsümünə təsadüf edib.
 
2016/17 mövsüm çempionatı
 
2016/17-ci il mövsümündə ölkə çempionatında 7 komanda iştirak edib. Bunlar: "Ceyhunspor”, "Olimpik”, "Neftçi” İK, "Yasmal”, "Araz” və "Ekol” komandalarıdır. 23 oktyabr 2016-cı il tarixində startı verilən çempionata 14 may 2017-ci il tarixində yekun vurulub. XXII turun nəticələrinə əsasən ölkə çempionu adını 11-ci dəfə "Araz” komandası qazanıb. 54 xal toplayan naxçıvanlılar, ən yaxın rəqibi "Neftçi”ni 14 xal qabaqlayıb. Bürünc medalları isə "Neftçi” ilə eyni xal (40) toplayan "Ekol” komandası əldə edib.
Çempionatın ən yaxşı baş məşqçisi İlqar Aslanov, ən yaxşı oyunçusu Namiq Məmmədkərimov (EKOL), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli ("Araz”) seçilib. Mövsüm ərzində 56 qol vuran "Araz”ın hücumçusu Teles Martins Tyaqo isə ölkə çempionatının bombardiri olub. 
 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Araz

18

18

0

0

230-34

54

2

Neftçi İK

18

13

1

4

180-41

40

3

EKOL

18

13

1

4

187-39

40

4

Yasamal FK

18

7

0

11

113-143

21

5

Xəmsə

18

7

0

11

99-128

21

6

Ceyhunspor

18

4

0

14

83-229

12

7

Olimpik

18

0

0

18

22-299

0

FUTZAL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATLARI VƏ KUBOKU (LAYİHƏ)

Birinci və İkinci Liqalar çempionatı

 

Qeyd edək ki, 2016/17-ci il mövsümündə Premyer Liqadan əlavə 1-ci və 2-ci Liqalarda da ölkə çempionatı keçirilmişdir. Fərəhləndirici haldır ki, birinci divizionda 18, ikinci divizionda 20 komanda mübarizə aparıb.

1-ci Liqa: turnir cədvəli

Komanda

O

Q

H

M

TF

X

1

NƏBİ FK

33

27

2

4

216 - 88

83

2

Baku Fire 1

31

25

4

2

140 - 43

79

3

FK.İD Futsal

33

23

8

2

197 - 65

77

4

Hell Energy

33

24

5

4

213 - 57

77

5

Marafon

33

24

1

8

156 - 68

73

6

Yeni Günəşli

32

18

8

6

147 - 81

62

7

Qarabağ

33

18

4

11

142 - 96

58

8

IFFA

33

17

5

11

127 - 104

56

9

Gənclərbirliyi

33

16

5

12

133 - 93

53

10

ADBTIA

33

17

0

16

149 - 118

51

11

King Elektrik

33

16

0

17

128 - 133

48

12

Standard

33

15

1

17

152 - 149

46

13

Admiral

33

8

1

24

122 - 192

25

14

Fryday.Baku

33

8

1

24

103 - 177

25

15

Baku Fans

33

6

1

26

90 - 192

19

16

BestComp

32

6

0

26

100 - 231

18

17

Star

33

3

0

30

95 - 338

9

18

Zulfiqar 114

33

1

0

32

45 - 230

3

 

2-ci Liqa: turnir cədvəli

Komanda

O

Q

H

M

TF

X

1

Obolon

36

31

1

4

239 - 80

94

2

İtaldizain

36

30

3

3

179 - 68

93

3

Atletiko Baku

36

29

2

5

201 - 67

89

4

Baker Hughes

36

28

3

5

269 - 133

87

5

Baku fire 2

36

28

2

6

197 - 97

86

6

Baku Juniors

36

21

3

12

177 - 154

66

7

AJAX Baku

36

19

4

13

126 - 114

61

8

Kərki

36

18

4

14

167 - 144

58

9

Avanqard

36

15

3

18

156 - 146

48

10

Sirab

36

14

2

20

142 - 189

44

11

Təbriz

36

14

2

20

159 - 203

44

12

Biləsuvar

36

13

2

21

163 - 184

41

13

Ulduz

36

13

2

21

139 - 195

41

14

TİM sport

36

11

4

21

140 - 184

37

15

Altay

36

11

2

23

111 - 152

35

16

Çinar Cəbrayıl

36

11

1

24

108 - 182

34

17

Sovetski

36

11

0

25

125 - 163

33

18

Dalğa

36

9

1

26

139 - 207

28

19

RR Club

36

8

3

25

135 - 219

27

20

Verdant

36

3

2

31

77 - 268

11

 
Azərbaycan Kuboku
 
Ölkə çempionatından fərqli olaraq, Kubok yarışları 1995-ci ildən etibarən keçirilməyə başlayıb və ilk Kuboku bakının "Neftçi” komandası qazanıb. Bu günə qədər keçirilən Kubok turnirlərini 8 komanda qazanmağı bacarıb. Bunlar – "Neftçi”, "Avtomobilçi”, "NAB Spor”, "Azərneftyanacaq”, "Gömrükçü”, "Turan Air”, "Araz Naxçıvan” və "Ekol” klublarıdır.
 
Kubok yarışlarındada ən çox qalib adını "Araz Naxçıvan” və "Neftçi” komandaları qazanıb – hərəyə 5 dəfə.
2016/17-ci illər mövsümünün final oyunu 17 may 2017-ci il tarixində keçirilib. "Neftçi” İK və "Baku Fire” komandalarının qarşılaşdığı görüşdə "Neftçi” İK 7:5 hesabı ilə qələbə qazanıb.
 

Azərbaycan Kuboku

Mövsüm


Qalib

2016/2017


Neftçi Bakı

2012/2013


Neftçi Bakı

2011/2012


EKOL

2009/2010


Neftçi Bakı

2008/2009


Araz Naxçıvan

2007/2008


Araz Naxçıvan

2006/2007


Araz Naxçıvan

2005/2006


Araz Naxçıvan

2004/2005


Araz Naxçıvan

2003/2004


Turan Air

2002/2003


Gömrükçü

2001/2002


Gömrükçü

2000/2001


AZƏRNEFTYANACAQ

1999/2000


AZƏRNEFTYANACAQ

1998/1999


NAB SPOR

1997/1998


Avtomobilçi

1996


Neftçi

1995


Neftçi

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 


1724     
Reklam

Reklam