» » Azərbaycanın “Braziliya yığması” - LAYİHƏ

Azərbaycanın “Braziliya yığması” - LAYİHƏ

Azərbaycanın “Braziliya yığması” - LAYİHƏAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində növbəti yazısını təqdim edirik.

Bu dəfə söhbət futzal üzrə Azərbaycan Milli komandasından gedəcək. Tam səmimi deyə bilərik ki, futbol millimizdən ciddi uğur görməsək də, futzal millimiz bizi sevindirir. Elə Avropa Çempionatının finalına vəsiqə qazanması da bunun bariz göstəricisidir. Amma bir məsəslə var ki, bizim milli komanda deyəndə gərək iki dəfə düşünək. Çünki millimiz, daha doğrusu yığmamızda azərbaycanlılar barmaqla sayılacaq dərəcədədir. Ölkə idmanının istənilən sahəsində legionerlərin cəlb olunması dəb halını alıb. Futzalda isə bu pik səviyyədədir. Bu barədə birazdan. İndi isə futzal millimizin keçirdiyi oyunlara nəzər salaq.

Yarandığı gündən etibarən bu günə qədər 134 rəsmi oyun keçirən millimiz, bu oyunların 70-də qələbə qazanıb, 40-da məğlub olub, 24-də isə heç-heçə edib.

Yığmamız ilk oyununu 23 oktyabr 1995-ci il tarixində, dünya çempionatının seçmə mərhələsində səfərdə Polşa yığmasına qarşı keçirib. Həmin vaxt milli o vaxtkı "Avtomobilçi" komandasını çalışdıran Əbdülqəni Nurməmmədova həvalə olunur. Elə  yığmanın əsasını da  "Avtomobilçi”nin oyunçuları təşkil edir.Hollandiyanın Goirlə şəhərində keçirilən seçmə mərhələyə millimiz 12 futzalçı ilə yollanır.  Fərəhli haldır ki, Polşa yığması ilə oyunda millimiz 6:4 hesablı qələbə qazanıb. İlk oyundakı qələbənin ardı isə gəlməyib. Yeni formalaşan millimiz rəqiblər qarşısında aciz qalır, səviyyə fərqi öz sözünü deyir. Qalan oyunların hamısında məğlub olan yığmamız əliboş ölkəmizə qayıdır. Sonra Dünya Çempionatının seçmə mərhələsinə qatılma şansı olsa da, millimiz bu yarışdan imtina edir. Bu barədə növbəti yazımızda..

Azərbaycanın “Braziliya yığması” - LAYİHƏƏn böyükhesablı qələbə və məğlubiyyət
Ən iri hesablı qələbə 28 iyul 2002-ci il tarixində Tbilisi şəhərində Qazaxıstan yığması üzərində qazalınıb. Bu yoldaşlıq oyunu millimizin 14:2 hesablı qələbəsi ilə başa çatıb.
28 oktyabr 1995-ci il tarixində isə millimiz ən iri hesablı məğlubiyyətin acısını yaşayıb. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya Respublikası ilə keçirilən oyun rəqib komandanın 10:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin ən uzun məğlubiyyətsizlik seriyası 14-ə, ən uzun ardıcıl qələbə seriyası 9-a, ən uzun məğlubiyyət seriyası 4-ə, ən uzun qələbəsizlik seriyası 7-yə bərabərdir.
Böyükhesablı qələbələrin sayı (3 və daha çox top fərqi ilə) – 36-ya, böyükhesablı məğlubiyyətlərin sayı isə 19-dur.
Dünya çempionatlarındakı ən böyük uğurumuz DÇ-2016-da ¼ final, Avropa Çempionatlarında isə 2010-cu ildə millimizin tutduğu 4-cü yerdir.
 
"Braziliya yığması”
Azərbaycanın “Braziliya yığması” - LAYİHƏİndi isə yığmamızın heyəti haqqında... Azarkeşlər arasında "Braziliya yığması” da adlandırılan Azərbaycan millisi son illər heyətini əsasən milliləşdirilmiş braziliyalı futzalçılarla gücləndirir. Məhz cənubi amerikalı futbolçuların  millimizə gəlişindən sonra yığma komandamız öz tarixindəki ən böyük nailiyyətləri əldə edib.
Məsələn, yığmamızın ən yadda qalan legioner futzalçısı Biro Jade 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanda keçirilmiş Avropa çempionatının ən məhsuldar oyunçularından biri olub, millimiz isə qitə çempionatları tarixində ən böyük uğurunu qazanıb – 4-cü yer. 37 yaşlı braziliyalı iştirak etdiyi matçlarda rəqib qapılarına 5 dəfə yol tapıb.
Digər braziliyalı futzalçılara gəlincə - Everton Kardosa, Fineo de Araujo, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento və  Tyaqo Teles Martinsin adlarını qeyd edə bilərik.
 
Baş məşqçilər
Futzal millimizin tarixi ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Ona görə də millimizə rəhbərlik etmiş məşqçilər arasında araşdırmamızda yalnız indi adlarını qeyd edəcəyimiz mütəxəssislərin imzasını görə bildik. 
-   Əbdülqəni Nurməmmədov
-        Elman Ələkbərov (Azərbaycan, 2008–2009)
-        Joze Alesio de Silva (Braziliya, 2009-2014)
-        Tino Perez (İspaniya, 2014-2016)
-        Milton Luis Ziller Junior (Braziliya, 2016-2017)
-        Nilson Dos Santos Machado (Biro Jade) (Braziliya, mart 2017-bu günə kimi)

 
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 


753     
Reklam

Reklam