» » FİFA-dan Messiyə jest: Cəzası ləğv edildi

FİFA-dan Messiyə jest: Cəzası ləğv edildi

FİFA-dan Messiyə jest: Cəzası ləğv edildiFIFA Apelyasiya Komitəsi Argentina millisinin hücumçusu Lionel Messi barəsində çıxarılan 4 oyunluq cəzanı ləğv edib. Premyer.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumunun saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Messinin hakimi söyməsi ilə bağlı lazımi sübutlar olmadığından qərarın ləğvinə qərar verilib.

Bundan öncə FIFA İntizam Komitəsi Messinin DÇ-2018-in Çiliyə qarşı keçirilən oyununda yan xətt hakimi söydüyünü əsas gətirərək futbolçuya 4 oyunluq cəza və 10 min İsveçrə frankı məbləğində cərimə tətbiq etmişdi.
194     
Reklam

Reklam