» » "Sumqayıt" I divizion klubu ilə üz-üzə gələcək

"Sumqayıt" I divizion klubu ilə üz-üzə gələcək

Azərbaycan Premyer Liqasının 4-cü turunda elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Premyer.az xəbər verir ki, milli komandamızın oyunları səbəbindən Liqada yaranmış fasilə ilə əlaqədar olaraq Aqil Məmmədovun komandası "İnter"lə yoxlama oyunu keçirməli idi.
Lakin bu oyun müəyyən səbəblərdən baş tutmayacaq. Belədə "Sumqayıt" birinci divizion təmsilçisi "Qaradağ Lökbatan" ilə qüvvəsini sınayacaq. Sentyabrın 2-də keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Premyer Liqanın 4-cü turunda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də keçiriləcək.
351     
Reklam

Reklam