» » Ağır atletika üzrə ölkə birinciliyinin ilk günündə kimlər qalib oldu?

Ağır atletika üzrə ölkə birinciliyinin ilk günündə kimlər qalib oldu?

Ağır atletika üzrə ölkə birinciliyinin ilk günündə kimlər qalib oldu?Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin birinci günündə 56 və 62 kiloqram çəki dərəcələrində çıxış edən atletlər güclərini sınayıblar. Premyer.az xəbər verir ki, körpücük üzərinə əvvəlcə qadın idmançılar çıxıblar. Qadın atletlərin yarışında qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Qızıl medala toplam 173 kiloqram (77+96) nəticə və 273.32 Sinkleyr xalı ilə Səbinə İzmova layiq görülüb. Gümüş medalı 112 kiloqramlıq (52+60) nəticə və 166.99 xalla Lalə Rzazadə, bürünc medalı isə 116 kiloqramlıq (53+63) nəticə və 158.08 xalla Vəliyeva Günel qazanıb.
Yarışda 56 kiloqram çəki dərəcəsində kişi atletlərin mübarizəsində qızıl medala toplam Emin Mirzəyev (208 kq, 96+112) sahib olub. İkinci yerdə Ruslan Rzazadə (204 kq, 90+114), üçüncü yerdə isə Rüstəm Qasımov (198 kq, 93+105) qərarlaşıb.
Kişilərin mübarizəsində günün sonuncu qalibi 62 kiloqram çəki dərəcəsində müəyyənləşib. Qızıl medala toplam 271 kiloqramlıq (123+148) nəticə ilə Məhəmməd Məmmədli layiq görülüb. Kənan Xəlilov (251 kq, 121+130) ikinci, Elməddin Hüseynov (227 kq, 100+127) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən turnirdə ölkəmizin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən atletlərin seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Turnirə aprelin 29-da yekun vurulacaq.
179     
Reklam

Reklam