» » Ayxan Abbasovdan "Neftçi"yə "YOX" cavabı

Ayxan Abbasovdan "Neftçi"yə "YOX" cavabı

Ayxan Abbasovdan "Neftçi"yə "YOX" cavabıXəbər verdiyimiz kimi, "Zirə"nin futbolçusu Təmkin Xəlilzadənin "Neftçi"nin maraq dairəsindəm olduğu deyilir.  Premyer.az xəbər verir ki, "ağ qaralar"ın mövsüm başa çatdıqdan sonra yarımmüdafiəçiyə təklif göndərəcəyi gözlənilir. Əgər tərəflər arasında razılıq əldə olunsa, Xəlilzadə gələn mövsümdən "Neftçi"də forma geyinəcək. Ancaq futbolçunun "Zirə"ni tərk edəcəyi bir o qədər də inandırıcı deyil. Çünki "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bu keçidə müsbət yanaşmır. Saytımıza açıqlamasında baş məşqçi fikrilərini belə əsaslandırıdı:
" Təmkin bizim futbolçudur. O bu gün çox yaxşı formadadır. Əgər hər hansı bir komandanın futbolçu ilə bağlı belə bir fikri varsa, bu yalnız sevindirici haldır. Deməli, o özünü yaxşı göstərə bilib. Son turda oyunumuz var. Fikrimiz son oyundadır. Ancaq bir daha qeyd edirəm ki, Təmkin Xəlilzadə "Zirə"nin futbolçusudur və yoluna bizimlə davam edəcək".
 
Premyer.az
341     
Reklam

Reklam