» » Təmkin Xəlilzadə "Nefçi"yə keçə bilər

Təmkin Xəlilzadə "Nefçi"yə keçə bilər

"Zirə"nin futbolçusu Təmkin Xəlilzadə klubunu dəyişə bilər. Premyer.az xəbər verir ki, 24 yaşlı futbolçu "Neftçi"nin maraq dairəsindədir. 

 "Ağ qaralar" mövsüm başa çatdıqdan sonra yarımmüdafiəçiyə təklif göndərəcəyi gözlənilir. Əgər tərəflər arasında razılıq əldə olunsa, Xəlilzadə gələn mövsümdən "Neftçi"də forma geyinəcək. Ancaq futbolçunun "Zirə"ni tərk edəcəyi bir o qədər də inandırıcı deyil.
Qeyd edək ki, "Neftçi" artıq transfer çalışmalarına start verib. Klub "İnter"in qapıçısı Səlahət Ağayevlə 2 illik müqavilə imzalayıb.
975     
Reklam

Reklam