» » UEFA-dan “Dnepr”ə sərt cəza

UEFA-dan “Dnepr”ə sərt cəza

UEFA ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubunu cəzalandırıb. Dnepropetrovsk təmsilçisi Avropa Liqasının qrup mərhələsinin iki ev oyununu azarkeşsiz keçirəcək.

Ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsində "Napoli" ilə keçirilən oyundan sonra Ukrayna klubunun azarkeşləri meydançaya girərək  komandalarının finala çıxmasını bayram ediblər. Azarkeşlərin qaydalara zidd hərəkətləri "Dnepr”in cəzalanmasına səbəb olub.

Miron Markeçivin komandası "Latsio” və "Sent Etyen”lə ev oyunları boş tribunlar önündə keçirəcək.
347     
Reklam

Reklam