» » Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev"Şahdağ"ı təbrik etdi

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev"Şahdağ"ı təbrik etdi

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev"Şahdağ"ı təbrik etdiTəbrikdə deyilir: "65 illik yubileyini qeyd edən "Şahdağ" Futbol Klubu Azərbaycanın şimal bölgəsində futbolun kütləviləşməsi üçün böyük işlər görüb. Keçmiş Sovetlər Birliyinin, eləcə də müstəqil Azərbaycan futbol çempionatlarının iştirakçısı olan "Şahdağ" mübarizəyə hər zaman rəng qatıb.Daima idman prinsiplərinə əsaslanan və bunu ön planda tutan "Şahdağ"ın tarixinin 65 ilə çatması işlərin düzgün görülmasinin nəticəsində mümkün olub.

"Şahdağ" Futbol Klubu daima şimal bölgəsində istedadların üzə çıxarılması ilə də məşhurdur. Vaxtilə Azərbaycan futbolunda öz sözünü demiş, eləcə də hazırda Topaz Premyer Liqasında və I Divizion yarışlarında çıxış edən oyunçulardan bir neçəsi futbolda ilk addımlarını məhz "Şahdağ" klubunda atıblar.

Bütün bunları nəzərə alaraq, deməliyəm ki, "Şahdağ" klubunun Azərbaycan futbolunun inkişafında xidmətləri önəmlidir. Sizi 65 illik yubileyiniz münasibətli ilə təbrik edir, klubunuza yeni-yeni uğurlar arzulayıram".
479     
Reklam

Reklam