» » Kənan Müslümov: "Aqressiv oyunun səbəbi bu idi"

Kənan Müslümov: "Aqressiv oyunun səbəbi bu idi"

Kənan Müslümov: "Aqressiv oyunun səbəbi bu idi"I divizionun 19-cu turunda keçirilən "Mil-Muğan” - "Zaqatala”(0-1) matçından sonra "Zaqatala"nın müdafiəçisi Kənan Müslümov  Premyer.az saytına açıqlamasında oyunla bağlı fikilərini bildirib: 
 
"Mil-Muğan"ın yaxşı komanda olduğunu, öz evində gözəl futbol sərgilədiyini bilirdik. Buna baxmayaraq bizim komandamızda yüksək əhval-ruhiyə var idi. Bura yalnız qələbə üçün gəlmişdik. Çətin oyun olsa da, buna nail olduq. Rəqibin əvvəlki oyunlarını nəzərə alsaq, bizə qarşı müqavimət göstərəcək bir rəqib olduğunu yaxşı anlayırdıq. Ola bilər ki, meydandakı istək, hirs, aqressiya da bununla bağlı idi. Bütün komanda üzvlərinə təşəkkür edirəm".
 
Foto: Rauf İskəndərov / Premyer.az
325     
Reklam

Reklam