» » "Qəbələ" rəsmisi ad çəkməsə də, hədəf Mikayıl Nərimanoğludur

"Qəbələ" rəsmisi ad çəkməsə də, hədəf Mikayıl Nərimanoğludur

"Qəbələ" rəsmisi ad çəkməsə də, hədəf Mikayıl NərimanoğludurAFFA İntizam Komitəsi Premyer Liqanın 20-ci turunun "Kəpəz” – "Qəbələ” oyununun fasiləsində baş verənlərlə bağlı qonaq komandanın rəsmilərinə ağır cəzalar tətbiq edib.

Klub rəsmiləri - Zaur Əzizov və Səbuhi Səfiyarlı 5, Səməd Nəsibov 10, Səbuhi Qarayev 20 oyun və klubun həkimi Namiq Hüseynov 5 oyun cəzalandırılıb.

Ancaq "Qəbələ” tərəfi bu qərarlarla razı deyil.Premyer.az xəbər verir ki, "FutbolPress”ə açıqlamasında klubun baş meneceri Zaur Əzizov matçın protokoluna orda baş verməyən hadisələrin daxil edildiyini bildirdi:

"Qərarlar protokola əsasən verilir. Bununla bağlı İntizam Komitəsinə nəsə demək düzgün deyil. Nəticədə onlar təqdim edilən sənəd əsasında qərar çıxarırlar. Ancaq protokol klubumuzun nümayəndələrinə qarşı ittihamlarla doldurulub və olmayan şeylər qeyd olunub. Bəli, biz hakimlərə etiraz etmişik. Amma bu da futbolun bir hissəsidi və orda qeydi-adi bir şey baş verməyib. Əgər olsaydı, təhlükəsizliyə cavabdeh şəxslər də nəsə tədbir görərdi".

Klub rəsmisi söylədi ki, əvvəlki oyunlarda hakim qərarlarına necə etiraz ediblərsə, "Kəpəz"lə oyunun fasiləsində də fərqli nəsə baş verməyib:

"Əliyar Ağayevə etirazımı əvvəlki oyunlarda necə bildirmişəmsə, bu dəfəki də fərqli olmadı. Eləcə də digər klub nümayndələrinin. Biz dəhşətli dərəcədə zorakılığa, fiziki təzyiqə yol verməmişik, belə şeydən söhbət belə gedə bilməz. Əliyarla bir daha üz-üzə gəlib sübut edə bilərəm ki, hansısa hakimi təhqir etməmişik".

Həmsöhbətimiz klubun verilən qərarlardan narazı olduğunu və keçiriləcək daxili iclasdan sonra bununla bağlı rəsmi mövqe açıqlayacaqlarını bildirdi:

"Klub nümayəndələrinin bu qədər ağır cəzaya məruz qoyulacaq bir şey etdiyini düşünmürəm. İstəmirəm, birbaşa hakimləri ittiham edim. AFFA nümayəndəsi və ya hakim-inspektorun da fikirləri önəmli ola bilər. Bu məsələnin şişirdilməsində maraqlı şəxsi Gəncədə görürdüm. Çox adi şeylərdə ortalığı qarışdırmağa çalışırdı. Bütün qərarlarla bağlı klubdaxili iclas keçiriləcək və bununla bağlı rəsmi mövqe açıqlanacaq".
 
P.S Zaur Əzizovun açıqlamalarından belə qənaətə gəlmək olar ki, protokolun doldurulmasında baş rolda Mikayıl Nərimanoğlu olub. O Mikayıl Nərimanoğlu ki, həm AFFA, həm də "Kəpəz" rəsmisidir.
369     
Reklam

Reklam