» » FİFA hakimimizin işi dünyanın ilk beşliyində

FİFA hakimimizin işi dünyanın ilk beşliyində

FİFA hakimimizin işi dünyanın ilk beşliyində28-30 iyul 2016-cı il tarixlərində Bakıda təşkil olunan Footvolley üzrə ilk beynəlxalq turnir dünyanın ən yaxşıları sırasında olub. Premyer.az xəbər verir ki, bu beynəlxalq turnir dünyada ötən il keçirilən Footvolley üzrə digər turnirlər arasından seçilərək ilk 5-də qərarlaşıb. Qeyd olunan uğur həm bu idman növünün, həm də ölkəmizin təşkilatçılıq baxımından dünya idman arenasında təbliğatında yüksək nəticədir.  Qeyd edək ki, "Footvolley Baku Cup 2016"nın təşkilatçıları çimərlik futbolu üzrə FİFA hakimi Əfqan Həmzəyev, KATV1 və Acuastiks Palace olub. Turnirin bu ilin iyul ayında daha geniş formada təşkil olunacağı gözlənilir. Əlavə edək ki, Baku Cup Footvolley "World Tour" siyahısına salınaraq reytinqli turnir adını qazanıb. 
738     
Reklam

Reklam