» » "Traktor Sazi" öz meydanında xal itirdi

"Traktor Sazi" öz meydanında xal itirdi

"Traktor Sazi" öz meydanında xal itirdiİran çempionatında beşinci turunun oyunları keçirilib.
Premyer.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxıb.
"Traktor Sazi" öz meydanında "İstiqlal" (Kuzestan) klubu ilə qarşılaşıb. Ötən turda səfərdə "Padideh Xorasan"a 0:1 hesabı ilə uduzan Təbriz təmsilçisi bu görüşdə qələbə qazanmağa çalışsa da, buna nail olmayıb. Oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq, hesab açılmayıb.
Qeyd edək ki, "Traktor Sazi" keçirdiyi beş oyundan sonra 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 
26 avqust
İran çempionatı, 5-ci tur
18:45. "Traktor Sazi" - "İstiqlal" (Kuzestan) - 0:0





194     
Reklam

Reklam