» » Çempionlar Liqasında qrup mərhələsinin 5 iştirakçısı bəlli oldu

Çempionlar Liqasında qrup mərhələsinin 5 iştirakçısı bəlli oldu

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Premyer.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
 
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" səfərdə "Malmö"nün qonağı olub. İlk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzan İsveç təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin meydan sahibləri 2:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. 

Digər oyunlara gəlincə "Şaxtyor" (Donetsk) öz meydanında "Rapid" 2:2 hesablı bərabərə qalıb, "Dinamo" doğma azarkeşləri önündə "Skenderbeu"nu məğlub edib – 4:1.  "Bazel" səfərdə "Makkabi"nin qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. "Valensiya" isə "Monako"nun qonağı olub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə İspaniya təmsilçisi yüksəlib.

Beləliklə, "Malmö”, "Makkabi”, "Dinamo” (Zaqreb), "Şaxtyor” (Donetsk) və "Valensiya” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. "Seltik”, "Bazel”, "Skenderbeu”, "Rapid” və "Monako” isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə bu gün keçiriləcək 5 oyunla yekun vurulacaq. 
 

 

25 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya) - 2:0 
Qol: Rosenberq, 23 (1:0), Boyata, 55-avtoqol (2:0)
İlk oyun - 2:3
23:45. "Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 1:1
Qollar: Züffi, 11 (0:1), Zehavi, 24 (1:1)
İlk oyun - 2:2
23:45. "Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya) - 4:1
Qollar: Soudani, 9 (1:0), Esquerdina, 10 (1:1), Hodziç, 15 (2:1), Taravel, 55 (3:1), Soundani, 80 (4:1)
Qırmızı vərəqə: Qonsalo, 48 ("Dinamo")
İlk oyun - 2:1
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya) 2:2 Qollar: Marlos, 10 (1:0), Şaub, 13 (1:1), Hofman, 22 (1:2), Qladki, 27 (2:2)
İk oyun - 1:0
23:45. "Monako” (Fransa) - "Valensiya" (İspaniya) 2:1 
Qollar: Neqredo, 4 (0:1), Raqqi, 17 (1:1), Elderson, 75 (2:1)
İlk oyun - 1:3
 
26 avqust
23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:1
23:45. "Partizan" (Serbiya) - BATE (Belarus)
İlk oyun - 0:1
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 0:1
23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:3
23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:2 
454     
Reklam

Reklam