» » Cüdo üzrə Azərbaycan çempionatına yekun vuruldu

Cüdo üzrə Azərbaycan çempionatına yekun vuruldu

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulduDekabrın 23-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub.  Premyer.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışın ikinci günündə 5 çəki dərəcəsində qaliblər mükafata layiq görülüb.
Qadınlar arasında yarışlar başa çatdığından yalnız kişi cüdoçular mübarizə aparıblar. Elvin Mustafayev (73 kq), Tofiq Səfərli (81), Abdulhaq Rəsullu (90 kq), Cəlil Şükürov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, veteran cüdoçular və Olimpiya mükafatçıları, tanınmış idman xadimləri iştirak ediblər. Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub.
Ümumilikdə, yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayıb. İki gün davam edən respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunublar.
485     
Reklam

Reklam