» » Emin Mahmudov “Nasional”-“Boavişta” matçının ən yaxşısı seçilib

Emin Mahmudov “Nasional”-“Boavişta” matçının ən yaxşısı seçilib

Emin Mahmudov “Nasional”-“Boavişta” matçının ən yaxşısı seçilibAzərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Portuqaliya çempionatının "Nasional”-"Boavişta” matçında fərqlənib.  Premyer.az xəbər verir ki, "Boavişta”nın 24 yaşlı yarımmüdafiəçisi qol hesabını açdığı səfər matçının ən yaxşı futbolçusu seçilib. E.Mahmudovun statistik göstəricilərinə əsasən, ötürmələrdə 78 faiz dəqiqlik qeydə alınıb. Qarşılaşmada azərbaycanlı futbolçu yeddi dəfə rəqibdən top alıb, üç dəfə isə təhlükəli ötürmə müəllifi olub.
"Boavişta”nın 2:0 hesabı ilə qalib gəldiyi matçda E.Mahmudov 11-ci dəqiqədə hesabı açıb.
Qeyd edək ki, millimizin qapıçısı Kamran Ağayev də "Boavişta”nın şərəfini qoruyur.
Azərbaycan yığmasının üzvlərinin çıxış etdiyi komanda 15 turdan sonra 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
206