» » FIFA yeni reytinqini açıqladı

FIFA yeni reytinqini açıqladı

FIFA yeni reytinqini açıqladıFIFA futbol üzrə milli komandaların 2016-cı ildə son reytinq siyahısını açıqlayıb. Premyer.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyində ötən ayla müqayisədə heç bir dəyişiklik baş verməyib.
Aktivində 386 xal olan Robert Prosineçkinin baş məşqçi olduğu komanda 90-cı pillədə qərarlaşıb.
Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinə gəldikdə, Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San Marino 17 xalla 202-ci pillədəki mövqeyini qoruyub. Hesabında 422 xal olan Norveç 1 pillə irəliləyərək 83-cü olub.
Qeyd edək ki, siyahının ilk 28 pilləsində dəyişiklik baş verməyib. Türkiyə 851 xalla 24-cü pillədə qalsa da, Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-ci pillədəki mövqeyini möhkəmlədib.
347     
Reklam

Reklam