» » Qarabağ - Yanq Boyz matçının biletləri sabahdan satışda

Qarabağ - Yanq Boyz matçının biletləri sabahdan satışda

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasındakı cavab qarşılaşmasının biletləri artıq satışa çıxır. Premyer.az xəbər verir ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək matçın biletlərini stadionunun kassalarından ala bilərsiniz.
Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 AZN arasında dəyişir. Biletlər avqustun 25-də səhər saat 10:00-dan etibarən satışa çıxacaq. Qarşılaşmaya olan böyük maraq səbəbindən "işbaz"ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" FK vətəndaşlardan sadəcə, yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet almağı xahiş edir. Kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsınız.
286