» » Kriştiano Ronaldo vergidən yayınmaqda ittiham olunur

Kriştiano Ronaldo vergidən yayınmaqda ittiham olunur

"Real”ın hücumçusu Kriştiano Ronaldo vergidən yayınmaqda ittiham olunur. Premyer.az xəbər verir ki, portuqaliyalı hücumçunun İspaniya dövlətinə reklamlar əldə etdiyi gəlirdən az vergi ödəmək üçün Vircin adalarındakı ofşor şirkətlərin xidmətindən istifadə etdiyi iddia olunub. Konkret olaraq, onun "Tollin” adlı ofşor şirkət vasitəsi ilə İspaniyadan 74.8 milyon avro çıxardığı bildirilib. Bu məbləğdən onun çox az vergi verdiyi bildirilib.
Məsələ ilə əlaqədar İspaniyanı vergi orqanları artıq araşdırmaya başlayıb. Ölkənin maliyyə naziri Xose Enrike Fernandes Moyanın adından yayılan rəsmi bəyanatda bildirilib ki, bu məsələ ilə əlaqədar peşəkar vergi işçiləri obyektiv araşdırma aparacaq.
Hələlik məsələ ilə əlaqədar Ronaldo özü açıqlama verməyib.
190