» » Adil Şükrov: "O, bu tələblərə cavab vermir"

Adil Şükrov: "O, bu tələblərə cavab vermir"

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçı meydan sahiblərinin qələbəsi ilə başa çatdı - 1:0. Premyer.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Adil Şükürov məğlubiyyəti şərh edib.
 
"Qəbələ"ni 3 xal münasibəti ilə təbrik edirəm. İşimizi davam etdirməliyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Əsas heyət oynayan futbolçu məşqlərdə özünü yaxşı tərəfdən göstərməlidi. Biz buna əsasən heyəti müəyyənləşdiririk. Yasin Həmid hələ ki, bu tələblərə cavab vermir. Ona görə də daha çox əvəzedicilərdə şans qazanır. Bu da onun oyun praktikasının itməməsi üçündü. Lazım gələndə, ondan da istifadə edəcəyik. Murad Səttarlı isə zədədən sonra optimal formada deyil. Qış təlim-məşq toplanışı barədə fikirləşmək üçün vaxtımız var. "İnter"lə oyuna hazırlaşacağıq" deyə, gənc çalışdırıcı bildirib.
326     
Reklam

Reklam