» » "Kəpəz"in zədəliləri sıraya döndü

"Kəpəz"in zədəliləri sıraya döndü

Topaz Premyer Liqasının XII turunda "Qarabağ”ın qonağı olacaq "Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlıqlarına start verib. Premyer.az xəbər verir ki, komanda Bakıda hazılıq keçir. "Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.

Gəncə klubunun uzun müddət zədəli olan futbolçuları Şəhriyar Əliyev, Dario Frederiko və Vüqar Bəybalayevin durumu artıq normaldır. Buna kimi fərdi halda çalışan oyunçular komanda ilə birgə məşqlərə qoşulublar.
173     
Reklam

Reklam