» » Yığmamız turnirin qalibi oldu

Yığmamız turnirin qalibi oldu

 Yığmamız turnirin qalibi oldu19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş "Baltic Cup” turnirinin qalibi olub. Premyer.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məumata görə, turnirin son oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 5:0. 

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelgo fərqlənib.

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub edib.
227     
Reklam

Reklam