» » “Barselona”dan transfer olunan Pedro Rodrigez “Çelsi”də 17 nömrəli forma geyinəcək

“Barselona”dan transfer olunan Pedro Rodrigez “Çelsi”də 17 nömrəli forma geyinəcək

“Barselona”dan transfer olunan Pedro Rodrigez “Çelsi”də 17 nömrəli forma geyinəcəkİngiltərənin "Çelsi” klubunun yeni futbolçuları komandadakı nömrələrini seçiblər. Premyer.az xəbər verir ki, İspaniya millisinin hücumçusu Pedro Rodriges yeni komandasında 17 nömrəli formada çıxış edəcək. Qanalı sol cinah müdafiəçisi Əbdül Rəhman Baba isə 6 nömrəli formanı geyəcək.
"Çelsi” 28 yaşlı ispaniyalı futbolçuya görə "Barselona” klubuna 30 milyon, Ə.R.Babaya görə Almaniyanın "Auqsburq” komandasına 25 milyon avro ödəyib. P.Rodriges ingilis klubu ilə dörd illik müqavilə imzalayıb.
Ötən mövsüm "Barselona”nın heyətində 50 oyunda meydana çıxan P.Rodriges 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
352     
Reklam

Reklam