» » Şahmatçımız dünya kubokunda ilk oyununu vyetnamlı Le-Quanq ilə keçirəcək

Şahmatçımız dünya kubokunda ilk oyununu vyetnamlı Le-Quanq ilə keçirəcək

Şahmatçımız dünya kubokunda ilk oyununu vyetnamlı Le-Quanq ilə keçirəcəkSentyabrın 10-da Bakıda start götürəcək şahmat üzrə dünya kubokunda əmsalları eyni olan oyunçuların əlavə püşkatması nəticəsində dəyişiklik edilib. Premyer.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Vasif Durarbəyli ilk oyununu Ukrayna şahmatçısı Anton Korobovun əvəzinə onunla eyni əmsala malik olan Vyetnam təmsilçisi Le Quanq ilə keçirəcək.
Dünya kubokunda 128 şahmatçı qələbə uğurunda mübarizə aparacaq. Ölkəmizi yarışda 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər.
Püşkatmanın nəticələrinə görə ilk raundda Şəhriyar Məmmədyarov iranli İdani Pouya, Teymur Rəcəbov ABŞ təmsilçisi Samuel Sevian, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayer, Qədir Hüseynov rusiyalı Maksim Matlakov, Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Baloq ilə qarşılaşacaqlar.
Qaydalara əsasən, qalib iki klassik oyunun nəticəsinə görə müəyyən olunur və növbəti raunda vəsiqə qazanır. Əgər hər iki görüşün nəticəsində qalib müəyyənləşməzsə cütün taleyinə növbəti gün oynanılacaq tay-brekdə aydınlıq gələcək.
187     
Reklam

Reklam