» » “Kəpəz”in kapitanı: "Əliyar Ağayev dedi ki...." -MÜSAHİBƏ

“Kəpəz”in kapitanı: "Əliyar Ağayev dedi ki...." -MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz"in kapitanı Tural Axundov oyundan sonra Premyer.az və futbol11.az-ın Gəncəyə ezam olunmuş əməkdaşlarının suallarını cavablandırıb.


- Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdı.
- Çox isti havada oynadıq. Oyuna çox yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq. Əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı. Azarkeşlərimizi sevindirə bilmədik. "İnter"lə oyunda qələbə qazanıb, onları sevindirməyə çalışacağıq.


- Hakim penalti verməməkdə haqlı idi?
- Mən epizodu arxadan gördüm. Fikrimcə, penalti var idi. Əliyardan soruşdum, o qayda pozuntusunun olmadığını söylədi. Mən də bir söz demədim.


- AZAL-ın qapıçısı Aqil Məmmədov 11 metrlik cərimə zərbəsinin olmadığını söylədi...
- Ola bilər, Aqil elə görüb. Ancaq mən öz fikrimi dedim.


- "Kəpəz"in ötənilki ilə müqayisədə zəiflədiyini demək olar?

- Məncə, yox. Sadəcə, bizə vaxt lazımdı. Komanda hələ tam oturuşmayıb.


- Şahin Diniyev "Qəbələ" ilə oyundan sonra futbolçularda məsuliyyətin, qələbə istəyinin olmadığını söylədi. Bununla razısan?
- Əlbəttə, "Qəbələ" ilə oyunda qələbə qazana bilərdik. Ancaq xarakter göstərə bilmədik. Gələcəkdə hər şey yoluna düşər.
408     
Reklam

Reklam