» » “Qarabağ” həftəsonu transferini reallaşdıracaq

“Qarabağ” həftəsonu transferini reallaşdıracaq

Cənubi Afrika Respublikası (CAR) millisinin və Kiprin "Anortosis” klubunun futbolçusu Dino Ndlovunun karyerasını ölkəmizdə davam etdirmək variantı olması barədə məlumatı diqqətinizə çatdırmışdıq. Belə ki, hücumçunun xidmətində son çempionumuz "Qarabağ” klubu maraqlıdır. Premyer.az futbol11.az-a istinadən xəbər verir ki, afrikalı jurnalist sözügedən məsələnin nəticəsi barədə məlumat ötürüb.  Məlumatda bildirilir ki, "Anortosis” "Qarabağ”ın ilkin təklifini qəbul etməyib. Ancaq "atlılar” 26 yaşlı hücumçunu heyətinə qatmaqda israrlıdı. Belə ki, Ağdam təmsilçisi Kipr klubuna ikinci – bu dəfə daha sərfəli təklif göndərib. Artıq bu təklifin qəbul ediləcəyi və Ndlobunun həftənin sonuna qədər "Qarabağ”lı olacağı qeyd olunur. 
 
Xatırladaq ki, son mövsümdə 28 oyuna 18 qol vuran futbolçunun xidmətində Türkiyə və Polaş klubları da maraqlıdır. Ancaq onun "Qarabağ”a keçəcəyi gözlənilir. 
 
451     
Reklam

Reklam