» » Premyer.az təşəkkür edir! Və başladıq...

Premyer.az təşəkkür edir! Və başladıq...

Premyer.az təşəkkür edir! Və başladıq... Bilirəm, çox çətin olacaq. Yeni bir səhifə açmaq, qazandığın hörməti əvvəlki kimi saxlamaq, doğruluğundan heç bir şey əksiltməmək.. Çətin olsa da, yenə əvvəlki kimi olacaq! Bu günə qədər heç vaxt məqsədsiz olmadım. Allahın köməkliyi, özümün əzmkarlığımla nələrəsə nail oldum. Yenə də məqsədimiz var. İdman həyatdır, onu isə çirkinləşdirənlər var. Məqsəd bacardığımız qədər "təmizlik" aparmaqdır!
Amma əvvəlcə təşəkkürüm var - Abbasovlara! İdman jurnalistikasına bələd olmağımda, az-çox söz sahibi olmağımda əziyyəti olan iki şəxs olub. Bu gün bu yola başlayırıqsa, birinci səbəbkarlar onlardı. Emin Abbasov (sportal.az) və Elgiz Abbasov (PFL)! Sonsuz sayğı və sevgilərimlə...
Premyer.az saytının ideyası yarananda isə gözləmədiyim qədər dostlarımın dəstəyi ilə daha da həvəsləndim. Bu gün onları bir-bir tanıyacaqsınız. Elə isə başladıq...
 
İlkin Baba
472     
Reklam

Reklam