» » "Kəpəz" rəqibini darmadağın etdi

"Kəpəz" rəqibini darmadağın etdi

"Kəpəz" rəqibini darmadağın etdiYeni mövsümə hazırlaşan Gəncənin "Kəpəz” futbol klubu son yoxlama oyununu keçirib. Bakıda məşq edən Gəncə təmsilçisi birinci divizionda çıxış edən "Şərurspor” ilə qarşılaşıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçirilən oyun Gəncə təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.
İlk yarıda "Kəpəz”in heyətində Orxan Əliyev və Tural Qürbətov fərqləniblər. Fasilədən sonra Julien Ebah dubl edib. Komandanın beşinci qoluna Dario Frederiko imza atıb. Oyunun sonlarına doğru O.Əliyev daha bir dəfə rəqib torunu silkələyərək son nöqtəni qoyub – 6:1.
216     
Reklam

Reklam