» » “Neftçi” klubu rumıniyalı hücumçu ilə müqavilə imzalayıb

“Neftçi” klubu rumıniyalı hücumçu ilə müqavilə imzalayıb

“Neftçi” klubu rumıniyalı hücumçu ilə müqavilə imzalayıbBakının "Neftçi” futbol klubu rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb. Gənc hücumçu növbəti 1 il ərzində Bakı təmsilçisinin formasını geyinəcək.
2009-2010-cü illərdə İtaliyanın "Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb.
2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.
368     
Reklam

Reklam