» » Rəsul Çunayev: "Rəqiblər bizdən çəkinir"

Rəsul Çunayev: "Rəqiblər bizdən çəkinir"

Rəsul Çunayev: "Rəqiblər bizdən çəkinir"Xəbər verdiyimiz kimi, dünən axşam Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin Braziliyaya yola salma mərasimi keçirilib. Premyer.az xəbər verir ki, Bakı 2015 Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandırmış güləşçi Rəsul Çunayev CBC Sport kanalının canlı yayımında fikirlərini bölüşüb:
"Biz ora medal qazanmaq üçün gedirik. Bunun üçün hazırlaşmışıq, özümüzü buna kökləmişik. Biz heç bir rəqibdən çəkinmirik. Əksinə, rəqiblər azərbaycanlı idmançılardan çəkinir”.

Foto: AzərTac
1074     
Reklam

Reklam