» » Millimizin üzvü "Fulhem"də

Millimizin üzvü "Fulhem"də

Milli komandamızın üzvü Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. Bu barədə "Marca” qəzeti xəbər yayıb. 23 yaşlı yarımmüdafiəçi Çempionşipdə mübarizə aparan "Fulhem"lə 4 illik müqavilə imzalayıb. "Marca”nın iddiasına görə, London klubu Eddinin transferi üçün "Mursiya”ya 200 min avro ödəyib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, millimizin heyətində 5 rəsmi oyun keçirən Eddi son olaraq "Kordoba”da icarə əsasında çıxış edib.
224