» » ŞOK İDDİA "Sumqayıt" "Neftçi"yə məğlub olacaq?

ŞOK İDDİA "Sumqayıt" "Neftçi"yə məğlub olacaq?

ŞOK İDDİA "Sumqayıt" "Neftçi"yə məğlub olacaq?Avropa Liqasının elə ilk təsnifat mərhələsində mübarizəni dayandıran, Premyer Liqaya "Kəpəz”lə heç-heçə, "İnter”ə məğlubiyyətlə başlayan "Neftçi”nin durumu çox pisdir. Yeni rəhbərliyin bacarıqsızlığı klubun fanatlarını da ayağa qaldırıb.
 
"İnter”lə oyundakı məğlubiyyət azarkeşlər üçün son damla olub. Fanatlar icraçı direktor Elnur Məmmədovun istefasını tələb eləyib. Elnur Məmmədov öz növbəsində yuxarıları inandırmağa çalışır ki, baş verənlər məqsədlidir, ona qarşı təxribatdı. Ancaq özü də, anlayır ki, "Neftçi” həqiqətən pis gündədi. Və xalq komandasının bu günə düşməsində onun böyük "əməyi” var.
 
Vəziyyətin ciddiliyini anlayan Elnur Məmmədov yaxşı bilir ki, belə çox davam etməyəcək və hər necə olursa-olsun, qarşıdakı oyunlarda yaxşı nəticələr əldə etmək lazımdır. Sportal.az bununla bağlı məlumat əldə eləyib. Etibarlı mənbənin verdiyi məlumata görə, Elnur Məmmədov kömək üçün yaxın dostu Kamran Quliyevə müraciət edib. Belə ki, "Neftçi” növbəti turda "Sumqayıt”la qarşılaşacaq. Kamran Quliyevin rəhbərlik etdiyi "Sumqayıt” bu mövsüm Premyer Liqada keçirdiyi hər iki oyunda xal qazanıb və qarşıdakı oyunda məğlubiyyət onlar üçün faciə olmayacaq. Zatən, "Sumqayıt” son illər mütəmadi olaraq autsayderlər sırasında qərarlaşıb. Bunu Elnur Məmmədov da yaxşı bilir və ona görə dostundan xahiş edib ki, 3 xalı onlara güzəşt getsinlər.
 
AFFA-nın danışılmış oyunlarla bağlı araşdırma aparan şöbəsi bu məsələ ilə maraqlanmalı və oyundan sonra ciddi araşdırma aparmalıdır. Çünki "Neftçi” ilə "Sumqayıt” rəhbərlərinin yaxınlığı və eyni şəxs tərəfindən idarə olunduğu hamıya məlumdur.
404     
Reklam

Reklam