» » Qəbələ - Panatinaikos matçının biletləri satışda

Qəbələ - Panatinaikos matçının biletləri satışda

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubu arasında keçiriləcək ilk matçın biletləri satışa çıxarılıb. Premyer.az xəbər verir ki, artıq "Bakcell Arena"nın kassalarından bu oyuna biletləri əldə etmək mümkündür.
Biletlərin qiymətləri 1, 2 və 10 AZN-dir. Matça maraq böyükdür.
Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" matçı avqustun 20-də "Bakcell Arena"da baş tutacaq. Cavab görüşü isə ayın 27-də keçiriləcək.
324     
Reklam

Reklam