» » Bu "Neftçi" sənə layiq deyil!

Bu "Neftçi" sənə layiq deyil!

Bu "Neftçi" sənə layiq deyil!Bu gün "Neftçi" klubu rəsmi saytı ilə bəyanat yaydı. Oxuduqca xəcalət çəkirdi insan. Ey, "Neftçi" azarkeşi, yəqin sən də...
Komanda, onun uğuru, qısası "ağ-qara" rəng üçün az qala canından da keçməyə razı olduğun klub səni heç nə etmişdi...
"Kənar şəxs" adı ilə camaata sırınmışdın...
Sanki, dağ uçub altında qalmış kimisən yəqin...
Oxuduqca sənə verilməyən bu dəyərə görə klubu sevdiyinə təəssüflənirsən...
Qışda, soyuqda tir-tir əsərkən "Neftçi" deyə hayqırışının uğultusu qulaqlarını batırmış kimidir..
Əziyyətin heç edilmişdi...
Amma bu sənin üçün yenilik deyildi axı...
Sən ki bu komandaya, bu rəhbərliyə, özlərini düşünən işbilməzlərə bələd idin..
Döyülən də, söyülən də sən oldun..
Üstəlik cəza verilən də...
Gücü çatıb Araza, Rahilə cəza verə bilmədi "Neftçi"...
Bu qədər acizdi sənin klubun...
Ağ yalanları ilə qanını qaraldacaq qədər ikiüzlü siyasət aparandı...
Günü gündən azalırsınız zatən... 
Bir-bir kənarlaşdırılırsınız... 
Hərənizə bir bəhanə ilə yad damğası vurulur...
Başqa klub azarkeşlərinin yanında ağ üzünüz qara olur...
Nə isə demək istədiyin vaxt, aldığın cavab səni utandırır: "Bilirik sizin də komandanı"...
Sən hələ də komandanı bilmirsən? 
Bunlardan sonra sən hələ də "Neftçi" azarkeşisən?...
...Olsun, 5 günlük həbsdən sonra Nurlan çıxacaq...
"Kənar şəxs" Nurlan.... Qolunda, bədənində "Neftçi" yazısını döydürən Nurlan...
Bu rəhbərlik, bu işbilməzlik, səriştəsizlik olduğu müddətdə hələ çox damğanız olacaq... 
Sən əsl "Neftçi"nin azarkeşisən, bu komandanın yox! 
Bu "Neftçi" sənə layiq deyil!
 
Premyer.az
397     
Reklam

Reklam