» » "Neftçi"nin biabırçı bəyanatı: “Kənar şəxs”, yoxsa həqiqi azarkeş?

"Neftçi"nin biabırçı bəyanatı: “Kənar şəxs”, yoxsa həqiqi azarkeş?

"Neftçi"nin biabırçı bəyanatı: “Kənar şəxs”, yoxsa həqiqi azarkeş?"Neftçi” klubu dünən "İnter”lə oyundan sonra baş verən qalmaqalla bağlı bəyanat yayıb. Burada çox diqqətçəkən məqam bəyanatı hazırlayan şəxsin meydana daxil olan azarkeş haqda "başqa sektordan meydançaya daxil olmuş kənar şəxs” ifadəsidir. Premyer.az-ın məlumatına görə, Nurlan Əziz artıq xeyli illərdir ki, "ağ-qaralar” azarkeşlik edir. Daim "Neftçi”ni stadiondan dəstəkləyib. Aşağıda təqdim edəcəyimiz fotolarda buna özünüz də şahid ola bilərsiniz. Elə foto var ki, 2009-cu ildə çəkilib. Həmin vaxt isə bu gün "Neftçi”də olanların 95 faizi heç klubda deyildi. Bu halda klub rəsmiləri nəyə görə azarkeşi "kənar şəxs” adlandırır? Bununla kimi aldadırlar? Ümumiyyətlə, klub rəhbərliyi nəyə görə bu məsələdə susma mövqeyi tutub? Müşahidə Şurasının sədri Çingiz Abdullayev, icraçı dirtektor Elnur Məmmədov nəyə görə məsələyə münasibət bildirmirlər? Deyəcəklər ki, klub rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Amma azarkeş haqda yer alan "kənar şəxs” ifadəsi bu bəyanatın qeyri-səmimiliyini göstərir.
Onu da əlavə edək ki, Nurlan Əziz daha əvvəl də meydana daxil olub, futbolçulara uğursuzluğa görə etirazını bildirib. Amma həmin vaxt "Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə normal şəkildə azarkeşlə söhbət edərək, onun fikilərini dinləmişdi. İndi isə Nurlan 5 sutkalıq cəza alıb. "Neftçi” sevgisi, klubun uğursuzluğuna etiraz etməsi onun qarşıdakı 120 saatı dəmir barmaqlıqlar arasında keçirməsinə gətirib çıxarıb. 
394     
Reklam

Reklam