» » Çempionlar Liqasında pley-off həyəcanı başlayır

Çempionlar Liqasında pley-off həyəcanı başlayır

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Premyer.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək.
Günün ilk qarşılaşması Qazaxıstanda baş tutacaq. Burada yerli "Astana" klubu Kiprin APOEL klubunu sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Digər oyunlarda BATE evdə "Partizan"ı, "Sportinq" isə CSKA (Moskva) klubunu qəbul edəcək. İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Latsio" isə Leverkuzen "Bayer"i ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü sabah keçiriləcək.
 
 
20 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) / İdman Azərbaycan
23:45. BATE (Belarus) - "Partizan" (Serbiya)
23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) / AZTV
23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) / İdman Azərbaycan
 
19 avqust
23:45. "Bazel" (İsveçrə) - "Makkabi” (Təl-Əviv, İsrail)
23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
23:45. "Valensiya" (İspaniya) - "Monako” (Fransa)
201     
Reklam

Reklam