» » İngiltərə kubokunun qalibi "Mançester Yunayted"

İngiltərə kubokunun qalibi "Mançester Yunayted"

İngiltərə kubokunun qalibi "Mançester Yunayted"İngiltərə Federasiya kubokunda 2015/2016 mövsümünün yeni qalibi müəyyənləşib.Premyer.az xəbər verir ki, final görüşündə "Kristal Palas" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.
"Uembli" stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandaların duelində əlavə vaxta ehtiyac duyulub. Burada daha bir qol vuran "Mançester Yunayted" kuboka sahib çıxıb.
Qeyd edək ki, "Mançester Yunayted" bu qələbə ilə tarixində 12-ci dəfə federasiya kubokunu qazanıb. "Qırmızı şeytanlar" bu kuboka sonuncu dəfə 2004-cü ildə yiyələnib. 
 
 
21 may
İngiltərə Federasiya kuboku, final
"Kristal Palas" - "Mançester Yunayted" - 1:2
Qollar: Punçeon, 78 (1:0), Mata, 81 (1:1), Linqard, 110 (1:2)
Qırmızı vərəqə: Smolinq, 105 ("Mançester Yunayted")
303     
Reklam

Reklam