» » Rəşad Sadıqov: "Hələ "Yanq Boyz" kimi rəqiblə qarşılaşmamışıq"

Rəşad Sadıqov: "Hələ "Yanq Boyz" kimi rəqiblə qarşılaşmamışıq"

Rəşad Sadıqov: "Hələ "Yanq Boyz" kimi rəqiblə qarşılaşmamışıq""Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Rəvan" üzərində 2-1 hesablı qələbədən sonra jurnalistlərə müsahibə verib:
 
-"Yanq Boyz”la oyun haqda nə deyə bilərsən?

 
-"Yanq Boyz”un "Luqano” ilə oyununu izləmişəm. Çox maraqlı komandadı. Hələ belə rəqiblə qarşılaşmamışıq. "SeltiK”, "Zalsburq” bir oyun üsbunda oynayırdı, amma "Yanq Boyz” qarışıq oynayır. Gah cinahlardan ötürmələrə üstünlük verirlər, gah drivninq, gah da ara paslarına üstünlük verirlər. Maraqlı komandadı. Bizi çətin və ağır səfər oyunu gözləyir. Xüsusilə də hücum xəttləri çox güclüdü. Onların hücumlarının qarşısını almaq üçün çox güc sərf etməliyik.
 
-Hücum xətti güclü olsa da müdafiədə də kifayət qədər boşluqları olan komandadı "Yonq Boyz”...
 
-  Bu barədə nəsə deyə bilmərəm. Mən əsasən hücumlarına fikir verdim.  İsveçrə təmsilçisi "Seltik”dən daha rəngarəngdi, güclü deməzdim amma, rəngarəngdi. Yəni hər cür üsullardan istifadə edirlər. Standart vəziyyətlərdə çox təhlükəlidilər, bu bizə əlavə problemlər yaradacaq. 90-cı dəqiqəyə kimi mübarizəaparmalıyıq. Bir anda matçın taleyini dəyişə bilərlər.
 
- İsveçrədə hansı hesab sizi qane edər?
- Təbii ki, istəyərdik səfərdə məğlub olmayaq. Asan olmayacaq. Ən əsası iki top fərqi ilə məğlub olmayaq.
 
- Puponla bağlı nə deyə bilərsən?
- Çox tələsirik həmişə. Bədəvi Hüseynov, Reynalda komandaya yeni gələndə hamı gülürdü. Tələsməmək lazımdı. 3-4 aydan sonra istəniləni verməsə uğursuz transfer olduğunu demək olar. Hücumçu transfer etmək çox çətindi. Futbolçuları, onların klublarını razı salmaq olmur. Vaxt vermək lazımdı.
 
- Cavid Hüseynovla bağlı nə düşünürsən?

-Çox qarışıq məsələdi. Nəsə açıqlama vermək böyük məsuliyyət tələb edir. Yanlışlıq ola bilər. Bir tərəfdə insan ölümü, digər tərəfdə illərlə çiyin-çiyinə oynadığım futbolçu. Onu deyə bilərəm ki, Cavidi 10 ildi tanıyıram, heç vaxt kiminləsə konflikti olan bir insan olmayıb. İnanmıram ki, o belə bir hərəkət eləsin. Mərhuma Allahdan rəhmət diləyirəm. Mənim fikrimcə Cavid belə bir şey istəməzdi. O kiminsə üstünə adam göndərəcək biri deyil.
300     
Reklam

Reklam