» » Tərlan Əhmədov: "Maliyyə probleminə görə futbolçulardan çox şey tələb edə bilmirəm"

Tərlan Əhmədov: "Maliyyə probleminə görə futbolçulardan çox şey tələb edə bilmirəm"

Topaz Premyer Liqasının II turu "Qəbələ” üçün uğurlu alındı. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda səfərdə AZAL-ı 2-0 hesabı ilə üstələdi. 

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Bizim vəziyyətimizi başa düşmək lazımdır. Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindir. Buna baxmayaraq, bu gün biz "Qəbələ”dən geri qalmadıq. Təhlükəli hücumlar qurmağa çalışdıq. Amma qol vura bilmədik. Heyətdə çox sayda çatışmazlıqlarımız var. Hücumda, müdafiədə problemlərimiz yetərincədir. Düşünürəm ki, son vaxtların ən inkişafda olan, ən yaxşı futbol sərgiləyən komandasına qarşı oynadıq. Bu mənada oyunçulardan narazılığım yoxdur. Penalti epizoduna gəlincə isə bunu müzakirə etmək istəmirəm. Hakim düzgün qərar vermişdi. Biz pressinq etməyə çalışdıq. Bunu meydançanın rəqibə aid hissəsində etməyin öhdəsindən gəldik. Vəziyyət elədir ki, mən futbolçulardan çox şey tələb edə bilmirəm. Böyük futbol oynamaq üçün bəzi futbolçular xarakterlərini dəyişməlidirlər. Məni ən çox narahat edən məsələ komandanın ardıcıl iki oyunda məğlub olmasıdır. Zamana ehtiyacım var”. 

Roman Qriqorçuk ("Qəbələ”nin baş məşqçisi): "Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını ümumiyyətlə düşünmürəm. Bildiyiniz kimi,  Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə  bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”. 
311     
Reklam

Reklam